“Voleybol üçün daha bir gün”

AVF “Voleybol üçün daha bir gün” adı ilə bayram tədbiri keçirib. Allsport.az saytının məlumatına görə, festival Avropa Voleybol Konfederasiyasının (CEV) tövsiyəsinə və devizinə əsasən təşkil olunub. 2016-cı ildən başlayaraq, 4 ildən bir təsadüf edilən 29 fevralda Azərbaycan voleybolsevərləri də bir araya gəlib, bayram ediblər.

Tədbir AVF rəsmiləri, voleybolçular və məşqçilərinin ümummilli lider Heydər Əliyevin məzarının ziyarəti ilə başlayıb. Sonra onun ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla anaraq, məzarı üzərinə gül dəstələri qoyublar.

Festival Dərnəgül voleybol mərkəzində davam etdirilib. Voleybolçular meydana dəvət olunduqdan sonra dövlət himni səsləndirilib və festival açıq elan edilib.

Həmin kateqoriyadan