1-ci liqada yarımfinala adlayan klublar

Qadın voleybolçular arasında Azərbaycan 1-ci liqasının əsas mərhələsi başa çatıb.

Allsport.az xəbər verir ki, 14 komanda 1 dövrədən ibarət olmaqla 2 qrupda mübarizə aparıb. Hər qrupda ilk 2 yeri tutan kollektivlər pley offa vəsiqə qazanıblar.

A qrupunda “Azərreyl-2”, “Abşeron-2”, “Xarı bülbül”, “Queens”, “Azəri”, “Dinamo” klubları, B qrupunda isə “Xəzri”, “Qarabağ”, “Aura”, “Murov-2”, “Lokomotiv”, “Ryuqa”, “İlkin”, “Sumqayıt” komandaları mübarizə aparıb.

Yarımfinal və final oyunlarından ibarət pley off mərhələsinə A qrupundan “Xarı bülbül” və “Azərreyl-2”, B qrupundan isə “Murov-2” və “Ryuqa” klubları yüksəliblər.

Pley off oyunlarına aprelin 1-də start veriləcək. Həmin gün keçiriləcək yarımfinalda A qrupunda 1-ci olmuş “Xarı bülbül“ B qrupunun 2-cisi “Ryuqa” ilə, B qrupunun 1-cisi “Murov-2” isə A qrupunun 2-cisi “Azərreyl-2” ilə qarşılaşacaq. Qaliblər finalda 1-ci liqanın çempionunu müəyyən etmək şansı qazanacaq, uduzanlar isə üçüncü yer uğrunda mübarizə aparacaqlar.

1 aprel
Yarımfinal
13:00 “Murov-2” – “Azərreyl-2”
14:30 “Xarı bülbül” – “Ryuqa”

Oyunlar Azərbaycan Voleybol Federadiyasının idman zalında təşkil olunacaq.

Həmin kateqoriyadan