Voleybol üzrə ölkə kubokunun qalibləri bilindi

Voleybol üzrə ölkə kubokunun qalibləri bilindi

Voleybol üzrə ”Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil olunan ölkə kubokunun qalibləri bəlli olub.

Allsport.az xəbər verir kiv bu gün GİN-nin voleybol mərkəzində həm kişilərin, həm də qadınların final matçları keçirilib.

İlk olaraq meydana kişilərdən ibarət “Azərreyl” və “Xilasedici” klubları çıxıblar. Maraqlı mübarizədə keçən bu görüşdə “Xilasedici” rəqibini 3:0 hesabı ilə məğlub edərək kuboku qazanıb.

Daha sonra qadınların finalı baş tutub.  Həlledici görüşdə “Gəncə” və “Abşeron” klubları üz-üzə gəliblər.  Bu oyunda 3:0 hesabı ilə qələbə qazanan “Abşeron” qızıl medalın sahibi olub.

Qarşılaşmalardan sonra mükafatlandırma mərasimi və ölkə kubokunun bağlanış mərasimi keçirilib.

Oyunların nəticəsi

4 noyabr 

Ölkə kuboku

Final

Kişilər

“Azərreyl” – “Xilasedici” 0:3 (18:25, 21:25, 23:25)

Qadınlar

“Gəncə” – “Abşeron”  0:3 (18:25, 20:25, 16:25)

Həmin kateqoriyadan