Voleybol yığmamız Belarusla öncə yoxlama, sonra rəsmi oyun keçirəcək

Dünən Belarusa yola düşən qadın millimiz artıq təlim-məşqlərə başlayıb. Allsport.az saytı xəbər verir ki, Qızıl liqaya son hazırlıq keçirən yığmamız tam heyətlə bir araya gəlib.

Minskdə voleybolçularımıza yeni məşqçi heyəti – Covanni Kaprara, onun köməkçiləri Marcello Cervellin (2-ci çalışdırıcı) və Matteo Scodro (fizioterapevt) qoşulublar. Bizdən Famil Ağayev və Oksana Qurd (menecer) var.

Komandamız Belarus millisi ilə 2 yoldaşlıq görüşü keçirəcək. 26 mayda Qızıl liqada ilk rəsmi oyununu məhz meydan sahibələrinə qarşı keçirəcək. Yığmanın heyəti:

Leyla Parshkova, Yana Əzimova, Nelli Salbishvili, Ayşən Abduləzimova, Anastasiya Bezsonova, Leysan Lyovkina, Samra Qafarova, Nurxan Kazımova, Ulyana Kərimova, Bəyaz Əliyeva, Marqarita Əzizova, Kseniya Pavlenko, Mariya Kirilyuk və Larisa Smeltsova.

Həmin kateqoriyadan