- Baxış sayı: 28
- 03 İyun 2023 15:40
- Baxış sayı: 14
- İyun 03, 2023
- 0
Bu gün 2006-2007 təvəllüdlü voleybolçu qızların Bakı birinciliyi başa çatıb. Allsport.az saytı xəbər verir ki, 6 komandanın – “Azərreyl-1”, “Abşeron”, “Murov”, “Xətai”, “Sərhədçi” və “Azərreyl-2”nin iştirak etdiyi yarış dairəvi sistemlə təşkil olunub.
Maraqlı keçən görüşlərdən sonra 7 xal toplayan “Abşeron” qalib adını qazanıb. Onlardan 1 xal az yığan “Sərhədçi” 2-ci yeri tutub. Üçlüyü 4 xala malik “Xətai” qapayıb.
Azərbaycan voleybol federasiyası və Bakı şəhər gənclər və idman baş idarəsinin birgə təşkilatçılığı ilə keçirilən turnirin qaliblərinə medal və diplomlar verilib.
Mükafatları AVF-in baş katibi Fərid Xəlilov, “Sərhədçi” voleybol klubunun prezidenti Firdovsi Umudov, BŞGİBİ-nin rəis müavini Samir Kazımov və baş idarəsinin nümayəndəsi Valentina Sultanova təqdim ediblər.