Voleybolçular xaricdə hazırlaşacaq

Voleybolçular xaricdə hazırlaşacaq

Qadın voleybolçulardan ibarət Azərbaycan yığması Avropa qızıl liqasına hazırlığı ölkə xaricində davam etdirəcək.

Allsport.az xəbər verir ki, komanda bu məqsədlə Sloveniyaya yola düşüb.

Yığma burada mayın 9-dan 17-ə kimi təlim-məşq toplanışında olacaq. Daha sonra isə voleybolçular Yunanıstana yollanacaqlar. Bu ölkədəki təlim-məşq toplanışı isə mayın 24-dək davam edəcək. Hazırlıq proseslərində millinin yoxlama oyunları keçirməsi də nəzərdə tutulur. Komandanın son heyəti təlim-məşq toplanışlarından sonra bəlli olacaq.

Azərbaycan yığması ilk oyunlarını Bakıda keçirəcək. Mayın 30-da və iyunun 1-də baş tutacaq bu görüşlərdə rəqiblər Macarıstan və Sloveniya komandaları olacaq.

Həmin kateqoriyadan