Voleybolçularımız Gürcüstanda mərhələ adlayacaqmı?

Kişi voleybol millimiz komandası Avropa çempionatının təsnifatında mübarizə üçün bu gün Gürcüstana yola düşüb. “F” qrupunda ev sahibləri, Monteneqro, Yunanıstan yığmalarına qarşı mübarizə aparacaq komandamız, ilk matçını mayın 7-də adı 2-ci çəkilən yığmaya qarşı keçirəcək.

Bir müddət öncə koronavirusa yoluxan millimizin baş məşqçisi Fərid Cəlalov səhhətində yaranan problemlərə görə təsnifat mərhələsinə komandamızla yollanmayıb. Yığmamızı çempionatın oyunlarına baş məşqçi kimi Pərviz Səmədov çıxaracaq. Ona köməkliyi Dilqəm Qəhrəmanov, Akif Vəliyev edəcəklər.

Avropa çempionatının təsnifat mərhələsində iştirak edəcək oyunçular: Abdullayev Emil, Ağabəyov Ramazan, Ağazadə Aqil, Əliyev Ruslan, Alişanov Elmin, Allahverdiyev Kənan, Baranov Dimitri, Dünyamalıyev Sənan, Həsənli Tural, Nikulenko Yegor, Rzazadə Mirəşrəf, Vasilenko Andrey, Qurskiy Roman.

Həmin kateqoriyadan