Voleybolçularımız qitə çempionatına hansı komandalarla hazırlaşır?

Voleybolçularımız qitə çempionatına hansı komandalarla hazırlaşır?

Qadın voleybol millimiz Avropa çempionatına hazırlığı Bakıda davam etdirir. Allsport.az saytı xəbər verir ki, hazırlıq planına uyğun olaraq yığmamız iyulun 26-na kimi paytaxtda təlim-məşqlərlə bərabər, bir neçə yoxlama görüşü də keçirəcək.

Rəqib Avropa çempionatının iştirakçıları olacaq Belarus və Macarıstan milliləridir. Hər 2 komanda artıq Bakıdadır və bu gün AVF-nin idman zalında ilk məşqinə çıxıb.

Yoxlama oyunları Azərbaycan Voleybol Federasiyasının idman zalında və Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Kompleksində keçiriləcək.

21 iyul – 16:30. Azərbaycan –Macarıstan (FHN)
22 iyul – 16:30. Azərbaycan – Belarus (FHN)
23 iyul – 16:30. Azərbaycan – Macarıstan (AVF)
25 iyul – 10:30. Azərbaycan – Belarus (AVF)

Həmin kateqoriyadan