Voleybolçuların 1-ci liqasında bürünc mükafatçı bəlli olub

Allsport.az xəbər verir ki, bu gün “Murov” voleybol klubunun idman zalında təşkil olunan 3-cü yer uğrunda görüşdə “Kapitalist” və “Hərbi İnstitut” komandaları üz-üzə gəliblər.

Qarşılaşmaya daha yaxşı başlayan “Hərbi İnstitut” ilk seti 25:21 hesabıyla qalib başa vurub. Növbəti hissə daha gərgin keçib. “Kapitalist”in ciddi müqavimətinə baxmayaraq, bu set də “hərbçilər”in üstünlüyü ilə yekunlaşıb (26:24). Sonrakı hissə isə matçda sonuncu olub. “Hərbi İnstitut” 25:18 hesabı ilə qalib gələrək quru hesablı qələbəsini rəsmiləşdirib və yarışın bürünc medallarına sahib çıxıb.

1-ci liqanın finalında “Express” və “Təhsil” komandaları yarışın qalibini müəyyən edəcəklər. Həmin oyunun keçiriləcəyi vaxtla bağlı məlumat veriləcək.

1-ci liqa

Bürünc medal uğrunda

“Hərbi İnstitut” – “Kapitalist” 3:0 (25:21, 26:24, 25:18)

Həmin kateqoriyadan