Voleybolçuların ölkə çempionatı: Oyunlar bu dəfə Dərnəgüldə deyil, Biləcəridə olacaq

Dekabr 17-də voleybol üzrə yeni mövsümə start veriləcək. Allsport.az saytı xəbər verir ki, ilə qadınların super liqasında “Murov” və “Abşeron” arasında oyunu ilə start veriləcək. Görüş saat 16:00-da başlayacaq.

Ardınca kişi voleybolçular meydana çıxacaq. Yüksək kiqa çərçivəsində MOİK və “Neftçi” üz-üzə gələcəklər. Qarşılaşmalardan öncə, 15:00-da çempionatın rəsmi açılışı olacaq.

Super liqada “Murov” və “Abşeron”la yanaşı, “Azərreyl”lə UNEC çempion adı uğrunda mübarizə aparacaq. Yüksək liqada isə MOİK, “Neftçi” “Murov”, “Exspress” və “Sərhədçi” yer alıblar.

Qadın voleybolçuların yarışı 6, kişilərin mübarizəsi 4 dövrədən ibarət olacaq. Əgər yekunda xallar bərabər olarsa, çempion qələbə sayına əsasən elan ediləcək.

Çempionatların açılış mərasimi və oyunlar “Murov”un Biləcəridəki zalında keçiriləcək. Ölkədə koronavirus pandemiyası ilə bağlı karantin rejiminə uyğun olaraq qarşılaşmalar azarkeşsiz təşkil ediləcək.

Qeyd edək ki, dekabrda qadınlar və kişi voleybolçular arasında 1-ci liqasına da start veriləcək.

Həmin kateqoriyadan