- Baxış sayı: 64
- 06 May 2026 15:25
- Baxış sayı: 54
- May 11, 2026
- 0

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin kapitanı Ayşən Abduləzimova klub mövsümündə ilk kuboku qazanıb.
Allsport.az xəbər verir ki, blokçu şərəfini qoruduğu Macarıstanın “Vaşaş” komandasının heyətində yeni mövsümə hazırlıq çərçivəsində beynəlxalq turnirin qalibi olub.
Onun komandası Polşada keçirilən “amica vup 2023″ hazırlıq turnirində yerli “Volley Vrotslav” klubunu 3:1, Almaniyanın “Dresdner” klubunu və Çexiyanın “Dukla Liberets” kollektivini isə 3:2 hesabı ilə məğlub edərək kuboka sahib çıxıb.