“Voleybolda bir az durğunluq var”

“Ekselsior” mehmanxanasında Azərbaycan voleybol federasiyasının hesabat konfransı keçirilir. Allsport saytı xəbər verir ki, toplantıda millimizə yeni təyin olunan baş məşqçi Faiq Qarayev bunu dedi:

“Bu il Zəfər ilidir, torpaqlarımız tam azad olub. Biz artıq qalib ölkəyik. Gələn il voleybolda məşqçilik fəaliyyətimin 40 ili tamam olur.

Voleybolda bir az durğunluq var. Millimiz daim Avropa və dünya çempionatlarında iştirak edib. Hamı məni görəndə soruşur ki, nə vaxt yenı uğur olacaq. Geridə nə olub onunla yaşaya bilmərik.

Voleybolda o zaman inkişaf ölkə başçısı İlham Əliyevlə bağlıdır. Hər şeydə bizə kömək etdi, sonra hər şey nizama düşdü.

Bütün məsuliyyət üzərimdədir. Bilirəm ki, tənqidlər də olacaq. Uğur olanda, “Ağ atın” üzərində olursan, olmayanda aşağı enirsən. Hər şeyə hazıram”.

Həmin kateqoriyadan