Vüqar Bayramov Türkiyə 2-ci liqasında çıxış edəçək

Azərbaycan millisinin voleybolçusu Vüqar Bayramov karyerasını yenə ölkə xaricində davam etdirəcək. Allsport.az saytı xəbər verir ki, 195 sm boya malik 4-cü zona oyunçusu  Türkiyədə çıxış edəcək.

O, 2013/2014 mövsümünün sonunda formasını geyindiyi “Palandökən Bələdiyyəsi” klubu ilə danışıqları müsbət yekunlaşdırıb. 23 yaşlı voleybolçu 2-ci liqada mübarizə aparan Ərzurum təmsilçisi ilə mövsümün sonuna kimi anlaşıb.

Qeyd edək ki, qadınlardan ibarət yığmamızın voleybolçusu Odina Bayramovanın həyat yoldaşı olan Vüqar daha öncə İran və Polşada və Misirdə legioner həyatı yaşayıb. Keçən mövsüm adı son çəkilən ölkənin «Smoha» klubunda çıxış edən oyunçu zədələnərək, Vətənə qayıtmış və “Neftçi” ilə anıaşmışdı.

Həmin kateqoriyadan