Vüqar Orucovun oğlu çempion olub

Vüqar Orucovun oğlu çempion olub

SSRİ, Belarus və Rusiya yığmalarının Azərbaycan əsilli keçmiş sərbəst güləşçisi Vüqar Orucovun oğlu Vitali Orucov ABŞ çempionu olub.

Allsport.az xəbər verir ki, 61 kq-da fəxri kürsünün ən yüksək pilləsinə qalxan 24 yaşlı idmançı sentyabrda Serbiyada keçiriləcək dünya çempionatında iştirak hüququ qazanıb.

Vüqar Orucov Barselona – 1992 yay olimpiya oyunlarının bürünc medalçısı, 2 qat dünya və Avropa çempionudur.

Həmin kateqoriyadan