- Baxış sayı: 65
- 10 May 2026 15:37
- Baxış sayı: 12
- May 11, 2026
- 0

Mərakeşdə çimərlik güləşi üzrə dünya sıralamasının III mərhələsi baş tutub.
Allsport.az xəbər verir ki, Kasablanka çimərliyində keçirilən yarışda ölkəmizi baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında Vüsal Əliyev (80 kq) və İbrahim Yusubov (90 kq) təmsil edib.
Vüsal təsnifat mərhələsində uğurlu çıxış edərək “B” qrupuna vəsiqə qazanıb. Qrupda Keniya, Fransa və Serbiya güləşçilərinə qalib gələn Əliyev yarımfinalda yunanıstanlı Xristos Xristoforidisə son saniyələrdə məğlub olub. Güləşçimiz fransalı Huqo Kuenonu üstələyərək bürünc medal qazanıb. İbrahim Yusubov (90 kq) qrupda 2-ci yeri tutub və mübarizəni davam etdirə bilməyib.