- Baxış sayı: 70
- 25 İyun 2026 17:55
- Baxış sayı: 92
- İyun 26, 2026
- 0
Bu gün qadın voleybolçuların Avropa Çempionlar Liqasının 1-ci pley-off mərhələsinin ilk matçında «Azəryol» klubu doğma divarlar arasında İtaliya “Yamamay”ı ilə görüşüb.
Allsport.az saytı xəbər verir ki, gərgin mübarizədə daha yaxşı təsir bağışlayan qonaqlar oyunu qazanan tərəf olublar – 3:1 (26:24, 25:21, 19:25, 25:14).
Hər halda, «xallı bəbirlər» növbəti mərhələyə adlamaq imkanını saxlayıb. Fevralın 18-də baş tutacaq cavab görüşündə «Azəryol» qalib gəlməklə, oyunu «Qızıl set»ə apara bilər.