«Xallı bəbirlər» “Fənərbağça”da boğuldu

Bu gün «Azəryol» klubu Avropa Çempionlar Liqasının «B» qrupunda növbəti oyununu keçirəcək. Allsport.az saytı xəbər verir ki, ölkə qadın voleybolunun bayraqdarı səfərdə “Fənərbağça”nın qonağı olub.

Aleksandr Çervyakovun komandası ilk matçda Fransa «Nant»ını Bakıda 3:2 məğlub etməklə, mərhələ adlamaq yolunda ilk addım atmışdı. «Xallı bəbirlər» İstanbul təmsilçisə qarşı ciddi müqavimət göstərəcəyi təqdirdə, vəziyyəti bir qədər də yaxşılaşdıracaqdı.

Təəssüf ki, «Azəryol» güclü rəqibinə duruş gətirməyib. Saat 21:00-da Burxan Fələk Voleybol Salonunda başlamış oyunda “Fənərbağça” qalib gəlib – 3:1 (25:21; 25:20; 19:25; 25:16).

Həmin kateqoriyadan