“Xallı bəbirlər” millimizin voleybolçusu ilə gücləndi

Bakının qadın voleybolçulardan ibarət “Azəryol” komandası növbəti transferini rəsmiləşdirib. Allsport.az saytı xəbər verir ki, Avropa Voleybol Konfederasiyası kubokunda ölkəmizi təmsil edəcək “xallı bəbirlər” komandası millimizin üzvü Katerina Jidkovanı heyətinə cəlb edib.

CEV kuboku yarışlarının onaltıdabir final mərhələsindən mübarizəyə qoşulacaq “Azəryol” Rumıniyanın “Tarqovişte” kollektivi ilə üz-üzə gələcək. Komandalar arasında ilk oyun oktyabrın 27/29-da, cavab qarşılaşması isə noyabrın 10/12-də keçiriləcək.

Həmin kateqoriyadan