Xanımlardan ibarət “Xan qızı” fan klubunun “Xeyriyyə” tədbiri keçirilib

Xanımlardan ibarət “Xan qızı” fan klubunun “Xeyriyyə” tədbiri baş tutb. Allsport.az saytı xəbər verir ki, ilk layihə hemofiliyalı xəstəlikdən əziyyət çəkən uşaqlarla, müxtəlif idman növləri ilə məşğul olan idmançılarımızın xeyriyyə xarakterli həmrəylik görüşü idi. Tədbirdə ikinci tərəfdən yunan-Roma güləşçisi Rəsul Çunayev, taekvandoçular Radik İsayev, Milad Beiqi, pouerliftinqçi Bayram Əliyev, karateçi Şahin Atamov, parataekvandoçu Aynur Məmmədova, məşqçi Kamil Zeynallı, “Qarabağ” klubunun qapıçısı Fərhad Vəliyev iştirak ediblər.

Toplantıda çıxış edən “Xan qızı” klubunun rəhbəri Nərmin Kazımova buları söyləyib: “Azərbaycanda müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqlarımız var. Bu layihədə, bu təşəbbüsdə məqsədim böyük olsada, ilk olaraq kiçik və xeyriyyə tədbir ilə başlamaq istədim. İlk olaraq “Xan qızı”(xanımlardan ibarət klubu) yaratdım. Məqsəd, layihələrimin bir ad altında birləşməsidir.

İlk layihəm “Xeyriyyə” tədbiridir. Niyə məhz idmançılar? Sualı ola bilər. Bildiyiniz qədəri ilə mən idman jurnalistiyəm və əsas məqsədim isə uşaqlarımızın sağlam ruhda böyüməsidir. Bu yol isə idmandan keçir. Elə məhz buna görə ilk təşkil etdiyim tədbirin qonaqları idmançılarımız oldu.

Bir uşağın sevinci ilə başlamaq mənim üçün uğura addım və iki qat qürur hissidir! Əməyi keçən hər kəsə idmançılarımıza, daha sonra Hemofiliya Xəstələrinin Respublika Asosasiyasının rəhbər Gülnarə Hüseynovaya və təşkilatı dəstəyə görə “Derbisport”un rəhbəri Rəhman Rəsulova da xüsusi təşəkkürümü bildirirəm”.

Həmin kateqoriyadan