“Xarı bülbül” MOİK-ə qalib gəlib

Kişi voleybolçular arasında Azərbaycan yüksək liqasında 4-cü dövrə start götürüb.

Allsport.az saytı xəbər verir ki, 10-cu turda “Xarı bülbül” MOİK ilə üz-üzə gəlib və qələbə qazanıb. İlk setdə 25:19 hesabı ilə üstün olan “Xarı bülbül” ikinci setdə 24:26 hesabı ilə məğlub olub. Üçüncü və dördüncü hissələri 25:17, 25:17 hesabı ilə qalib başa vuran “Xarı bülbül” üç xalı 3:1 hesablı qələbə ilə əldə edib.

Onuncu turun “Neftçi” – “Murov” qarşılaşması baş tutmayıb. “Neftçi” klubu oyuna çıxmadığına görə matçın hakimləri və oyunun supervayzeri qaydalara uyğun olaraq komandaya texniki məğlubiyyət veriblər.

Həmin kateqoriyadan