“Xarı Bülbül Şuşa” ardıcıl ikinci qələbəsini qazanıb

“Xarı Bülbül Şuşa” ardıcıl ikinci qələbəsini qazanıb

Bu gün kişi voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyun keçirilib.

Allsport.az xəbər verir ki, “Xarı Bülbül Şuşa” MOİK ilə üz-üzə gəlib.

2 gün öncə “Neftçi”ni məğlub edən Ziya Rəcəbovun komandası autsayderi də məğlub edib. Düzdür, oyuna MOİK daha yaxşı başlayıb. Gərgin mübarizə şəraitində keçən ilk set 27:25 hesabı ilə yekunlaşıb. Amma “Xarı Bülbül Şuşa” növbəti setlərdə daha diqqətli oynayaraq, 3:1 hesab ilə qalib gəlib. Bu qələbə ona ikinci pilləni ələ keçirmək imkanı verib. “Hərbçilər” isə turnir cədvəlinin son pilləsində qərarlaşılar.

19:00. MOİK – “Xarı Bülbül Şuşa” – 1:3 (27:25, 22:25, 22:25, 17:25)

Həmin kateqoriyadan