“Xarı Bülbül Şuşa” 1/16 finalda!

Kişi voleybolçulardan ibarət “Xarı Bülbül Şuşa” klubu Çağırış kubokunda 1/32 finalın cavab oyununda da Slovakiya “Spartak”ına qalib gəlib. Allsport.az xəbər verir ki, komandamız rəqibi 3:1 üstələyib (25:22, 22:25, 25:21, 25:21).

Dünən Şuşa təmsilçisi 3:0 qalib gəlmişdi. “Xarı Bülbül Şuşa” növbəti mərhələdə “Panathinaikos” komandası ilə üz-üzə gələcək. İlk qarşılaşma noyabrın 29-da Yunanıstanda baş tutacaq. Cavab oyununun keçirilmə vaxtı ilə bağlı məlumat veriləcək.

Həmin kateqoriyadan