“Xarı Bülbül”dən ilk yenilgi

Bu gün kişi voleybolçular arasında Azərbaycan çempionatında daha 2 oyun keçirilib.

Allsport.az xəbər verir ki, günə “Murov AZ Terminal” – “Xarı Bülbül Şuşa” matçı ilə start verilib.

Gözlənildiyi kimi, görüş gərgin mübarizə şəraitində keçib. Üç oyunda maksimum nəticə göstərən “Xarı Bülbül Şuşa” hesabda iki dəfə önə keçib. Amma “Murov AZ Terminal” əzimkar qələbə qazanaraq, rəqibə ilk məğlubiyyəti yaşadıb.

Ardınca “Azərreyl” “Xarı Bülbül Laçın”la üz-üzə gəlib. Son turda məğlubiyyətə üzülən “dəmiryolçular” bu dəfə qələbə qazanıblar. Hər üç setdə qələbə qazanan komanda 1-ci pilləyə yüksəlib.

15:00. “Murov AZ Terminal” – “Xarı Bülbül Şuşa” – 3:2 (22:25, 25:22, 19:25, 25:16, 16:14)

18:00. “Azərreyl” – “Xarı Bülbül Laçın” – 3:0 (26:24, 25:20, 25:20)

Həmin kateqoriyadan