“Xarı Bülbül Şuşa” liderliyə yüksəldi

Bu gün kişi voleybolçular arasında Azərbaycan çempionatında 2 oyun keçirilib.

Allsport.az xəbər verir ki, mərkəzi görüşdə “Xarı Bülbül Şuşa” “Azərreyl”i sınağa çəkib.

Məğlub olmayan komandaların duelində nominal ev sahibləri qələbə qazanıb. “Xarı Bülbül Şuşa” rəqibini 3:1 hesabı ilə məğlub edib. “Azərreyl” isə mövsümdə ilk dəfə meydandan xalsız ayrılıb.

“Murov AZ Terminal” – MOİK qarşılaşmasında birincilər asan qələbə qazanıb.

Nəticədə “Xarı Bülbül Şuşa” vahid liderliyə yüksəlib. “Azərreyl” ikinci pilləyə düşdüyü halda, “Murov AZ Terminal” üçüncü pillədəki yerini möhkəmlədib.

18:00. “Xarı Bülbül Şuşa” – “Azərreyl” – 3:1 (25:17, 22:25, 25:19, 25:16)

19:00. MOİK – “Murov AZ Terminal” – 0:3 (17:25; 13:25; 17:25)

Həmin kateqoriyadan