“Xarı Bülbül” və “Azərreyl”in rəqibləri bilindi

Bu gün voleybol üzrə çempionlar liqası, CEV və Çağırış kuboklarının püşkatması olub. Allsport.az saytı xəbər verir ki, Lüksemburqda baş tutan tədbirdə Azərbaycanın avrokuboklarda iştirak edən klublarının da rəqibləri bilinib.

Ölkəmizi qadınlarda adı Çağırış kubokunda təmsil edəcək “Azərreyl”in ilk rəqibi Ukraynanın “SC Balta” klubu olub. Son ölkə çempionu 1/32 final mərhələsindən mübarizəyə başlayacaq. Cütün ilk oyunu 10-12 oktyabr, 2-ci matç isə 17-19 oktyabr keçiriləcək.

Avrokuboklarda debüt edəcək kişilərdən ibarət “Xarı Bülbül”ün rəqibi isə “Spartak Myjava” klubu olub. Şuşa təmsilçisi mübarizəyə 1/32 finalda start verəcək. Komandaların 1-ci oyunu 24-26 oktyabr, cavab görüşü isə 31 oktyabr-2 noyabrda olacaq.

Həmin kateqoriyadan