“Xarı Bülbül”lər tarixin yaddaşına köçdü! İdmanda eniş davam edir! GİN hara baxır?

Ölkəmizdə daha 2 idman klubu fəaliyyətini dayandırıb. Allsport.az saytı xəbər verir ki, kişi voleybolçular arasında “Xarı Bülbül Laçın” və “Xarı Bülbül Şuşa” maliyyə çətinliyi üzündən yüksək liqada çıxışını dayandırdığı bəyan ediblər.

Mövsümün əvvəlində himayədarlar söz versə də, sonradan vədlərinə əməl etməyiblər. Komanda rəhbərliyi Azərbaycan voleybol federasiyasına, eləcə də gənclər və idman nazirliyinə dəstək üçün müraciət edib, müsbət cavab ala bilməyib.

“Xarı Bülbül Şuşa” bu mövsüm Odlar yurdunu avrokubokda təmsil edib. Debüt ilində 1 mərhələ adlayıb. Ziya Rəcəbovun voleybolçuları 6 klubdan ibarət ölkə çempionatında 6 oyundan 16 xal toplamaqla 2-ci idi. Ondan 3 görüş çox keçirən “Azərreyl” 18 xalla 1-cidir. Hesabında 1 qələbə olan “Xarı Bülbül Laçın” 4 xalla 5-ci yerdə qərarlaşmışdı.

Sözü gedən komandaların təsisçisi İlqar İmamquliyevdir. O, məşhur “İl’Azero” ( italyanca “Bir Azərbaycanlı”) idman brendinin sahibidir.

Həmin kateqoriyadan