“Xarı Bülbül”ün voleybolçusu: Azarkeş dəstəyinə ehtiyacımız var

Kişi voleybolçulardan ibarət “Xarı Bülbül Şuşa” klubu Çağırış kubokunun 1/32 finalın cavab oyununda Slovakiya “Spartak”ına 3:1 (ilk oyun – 3:0) qalib gəlib. Komandamızın toppaylayıcısı Tural Həsənli allsport.az saytına qələbə təəəsuratını bölüşüb:

“Hər 2 matçda inamlı təsir bağışladıq. Cavab görüşünün 3-cü hissəsində artıq ümumi mübarizənin taleyini müəyyənləşdirdik. Hər kəsi təbrik edirik. Azarkeşlərdən ricamız odur ki, gəlib bizi yenə dəstəkləsinlər.

Növbəti rəqib Yunanıstanın “Panathinaikos” klubudur. Onları da keçməyə çalışacağıq. Hədəfimiz finala doğru irəliləməkdir”.

Həmin kateqoriyadan