Xatay voleybol klubunun 4 üzvü zəlzələdə həyatını itirib

Mərkəzi Qəhramanmaraş olan 7,7 bal gücündə zəlzələnin ən böyük dağıntıya səbəb olduğu Xataydan daha bir sarsıdıcı xəbər gəlib. Allsport.az saytı xəbər verir ki, TVF şəhərin qadın voleybol klubunun 4 üzvü – Gözdə Öztürk, Dilək Mucuq, Əhsən Baş və İrəm Qurdoğlunun fəlakətdən həyatlarını itirdiyini açıqlayıb.

Federasiya 4 gün əvvəl Xatayın gənclərdən ibarət komandasının oyunçularından Cərən Ağman və gənc futbolçu Elçin Çınarın həyatını itirdiyini elan edib. İndi bu ağrıya 4 voleybolçu da əlavə olunub. Klubun ulduz komandasının kapitanı, soyadları hələ öyrənilməmiş Ece və gənclər liqasından Elif də həyatını itiriblər.

“Rasus Kimya Xatay Voleybol Gənclər və İdman Klubu” qadınların 2-ci liqasının 15-ci qrupunda yer alırdı. Çempionluq uğrunda mübarizə aparan komanda 14 oyunda 12 qələbə, 2 məğlubiyyətlə lider “Alpedo Qəhəamanmaraş Voleybol”undan sonra 2-ci pillədə qərarlaşmışdı.

Həmin kateqoriyadan