Xetaq Qazyumov Avropa Oyunlarında mübarizə aparacaq

“Xetaq Qazyumov aprelin 11-12-də ABŞ-ın Los-Anceles şəhərində keçiriləcək sərbəst güləş üzrə dünya kuboku yarışları üçün açıqlanan heyətdə yer almayıb. Biz burada güclərin bölünməsi prinsipindən istifadə etmişik”.

Allsport.az xəbər verir ki, bu sözləri Azərbaycan Güləş Federasiyasının birinci vitse-prezidenti Namiq Əliyev jurnalistlərə müsahibəsində deyib: “Biz Xetaq Qazyumovun Avropa Oyunlarında iştirak etməsini istəyirik. Güləşçimiz “Bakı-2015” üçün hazırlıqlarını davam etdirir. “Bakı-2015” Avropa Oyunlarından iki ay sonra Las Veqasda təşkil olunacaq lisenziya xarakterli yarışda isə ölkəmizi Şərif Şərif təmsil edəcək”.

Hər iki güləşçi 97 kiloqram çəki dərəcəsində çıxış edir. Şərif Şərifov “London-2012” Olimpiya Oyunlarında 84 kiloqram çəki dərəcəsində qızıl, Xetaq Qazyumov isə 96 kiloqram çəkidə bürünc medala sahib olmuşdular.

Həmin kateqoriyadan