“Xilasedici”nin baş məqşçisi: Debütdə “Neftçi” kimi təcrübəli və lider klubu üstələmək ikiqat sevinclidir

Bu gün kişi voleybolçuların yüksək liqasının ilk dövrəsi çərçivəsində FHN-in idman-sağlamlıq kompleksində “Xilasedici” lider “Neftçi”ni 3:1 yenib. Matçla bağlı debütantın baş məqşçisi Cəlil Cəlilov allsport.az saytına bunu deyib:

“Bu, mənim üçün 1-ci oyun idi. Çox sevinirəm ki, komanda ilk sınaqdan alnı açıq çıxdı. Qısa zamanda yığışmağımıza rəğmən, önəmli olan meydanda komanda şəklində mübarizə aparmaqdı.

İlk görüşdə “Neftçi” kimi təcrübəli kollektiv önünə çıxıb ona böyük üstünlüklə qalib gəlmək ikiqat sevinclidir. Rəhbərliyə, o cümlədən, hər bir oyunçuya təşəkkürümü bildidirəm”.

Həmin kateqoriyadan