Xocasən gölünün ətrafında ağacəkmə

Dekabrın 28-də Xocasən gölünün ətrafında ağacəkmə olub. Allsport.az saytı xəbər verir ki, tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, nazir müavinləri, olimpiya və dünya çempionları, ictimai fəal gənclər iştirak ediblər.

Aksiya iştirakçıları qeyd ediblər ki, mütəmadi olaraq keçirilən ağacəkmə ölkəmizdə təbiətin qorunması, ekoloji vəziyyətin yaxşılaşdırılması üçün mühüm əhəmiyyət kəsb edir.

Ağacəkmə zamanı 1 hektar ərazidə Abşeron yarımadasının iqliminə uyğun 1000-dək Eldar şamı, Şərq çinarı, zeytun ağacları əkilib.

Həmin kateqoriyadan