“Xosrov Cəfərov” və “Hövsan” güləş komandaları “Gələcəyin olimpiyaçıları”nın finalında

AGF-in 1 saylı nümayəndəliyi üzrə yeniyetmə sərbəst və yunan-Roma güləşiçiləri arasında “Gələcəyin olimpiyaçıları” komanda yarışı davam edir. Allsport.az saytı xəbər verir ki, 2-ci gündə “klassiklər”də 10 kollektiv mübarizə aparır. “Pirallahı”, “Olimp”, “Göyçay”, “Şahin”, “Xosrov Cəfərov” komandaları “A”, “Bakı”, “Sumqayıt”, “Cəngi”, “Hövsan” və “Həyat” komandaları isə “B” qrupunda çıxış edib.

Qrupda keçirdiyi bütün görüşləri qələbə ilə tamamlayan “Xosrov Cəfərov” və “Hövsan” komandaları yarışın finalına vəsiqə qazanıblar. Bürünc medal uğrunda görüşdə Göyçay təmsilçiləri “Cəngi” komandası ilə qarşılaşacaq.

“Olimp” komandası Sumqayıt güləşçiləri ilə beşinci, “Pirallahı” isə “Bakı” ilə yeddinci yer uğrunda görüşə çıxacaq. Doqquzuncu yer uğrunda görüşdə isə “Şahin” və “Həyat” komandaları qarşılaşacaq.

Yarışda ilk üç yeri tutan komandalar Azərbaycan Güləş Federasiyası tərəfindən diplom, kubok və medallarla, həmçinin pul mükafatı ilə təltif ediləcək. Yarış Tofiq Bəhramov adına Respublika stadionunun güləş zalında keçirilir.

Həmin kateqoriyadan