- Baxış sayı: 87
- 24 Sentyabr 2026 23:59
- Baxış sayı: 87
- Sentyabr 24, 2026
- 0

Saxa Respublikasının Yakutiya şəhərində keçirilən “Asiya uşaqları” VIII beynəlxalq idman oyunlarında Azərbaycan millisi daha 3 medal qazanıb.
Allsport.az xəbər verir ki, qadın güləşçilərimizdən Rəna Nuriyeva (54 kq) gümüş, Gülnar Ağadadaşova (39 kq) və Simura Abdullayeva (62 kq) bürünc mükafata yiyələniblər.
Bununla da yığmamız ümumi hesabda aktivindəki mükafat sayını 14-ə yüksəldib. Daha öncə idmançılarımız 2 qızıl, 3 gümüş və 6 bürünc medala yiyələnib.