- Baxış sayı: 116
- 10 Avqust 2026 17:29
- Baxış sayı: 58
- Avqust 10, 2026
- 0

Saxa Respublikasının paytaxtı Yakutsk “Asiya uşaqları”nda güləş yarışına start verilib.
Allsport.az saytı xəbər verir ki, U-15 yaş qrupu üzrə keçirilən rəqabətdə qızlardan ibarət millimizin 3 üzvü fəxri kürsüyə qalxıb.
Rəna Nuriyeva (54 kq) gümüş, Gülnar Ağadadaşova (39 kq) və Simura Abdullayeva (62 kq) bürünc medal qazanıblar.