Yana Ağayevın fəallığı «Çanaqqala»ya yetmədi

Bu gün qadın voleybolçuların Turkiyə 1-ci liqasında 15-ci turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, mililmizin üzvü Yana Ağayevin şərəfini qoruduğu «Çanaqqala Bələdiyyəspor» evdə «Qalatasaray» klubu ilə qarşılaşıb.

Anadolu təmsilçisi adlı—sanlı rəqibə güclü müqavimət göstərsə də, sonda məğlubiyyətlə barışmalı olub – 1:3 (23:25, 25:23, 22:25, 24:26). Bu matçda hücumçumuz ən yaxşı olub. O, 26 xal yığıb. 12 komandanın mübarizə apardığı yüksək liqada «mavi-ağlar» 16 xalla 9-cu pillədədir.

Həmin kateqoriyadan