- Baxış sayı: 61
- 12 Noyabr 2026 14:22
- Baxış sayı: 414
- Noyabr 09, 2026
- 0

Milli gimnastika arenasında yeniyetmə güləşçilərin dünya çempionatının 2-ci günündə Ömər Salmanov (48 kq) gürcüstanlı Georgi Çixikvadzeni 7:1 hesabı ilə qalib gəldi, 3-cü yer tutdu. Allsport.az saytı xəbər verir ki, o çıxışından sonra KİV-ə açıqlama verdi:
“Əslində, bura dünya çempionu olmaq üçün gəlmişdim. Yarımfinalda bir səhv üzündən fürsəti qaçırdım. Halbuki rəqib zəif idi (rusiyalı Soltan Yusupovu nəzərdə tutur). Yarışa hazır idim. Bu imkanı qaçırmamalı idim. Parterdə qolumu açıq saxlamışdım. O da dartıb yığıb fənd etdi. Hesab 1:0 ikən, 1:2 oldu. Gələn yarışda bu “bürünc”ü “qızıl”a çevirməyə çalışacağam”.