Yarımfinalların vaxtı açıqlanıb

Kişi və qadın voleybolçular arasında Azərbaycan çempionatlarında yarımfinal mərhələsinin oyunlarının vaxtı dəqiqləşib.

Allsport.az xəbər verir ki, yarımfinal və final mərhələlərindən ibarət pley-offda ilk qarşılaşmalar martın 29-da və 30-da keçiriləcək.

Martın 29-da qadın voleybolçuların yüksək liqasında yarımfinalın ilk oyunları çərçivəsində “Abşeron” “Murov”la, “Azərreyl” isə UNEC-lə qarşılaşacaq.

Martın 30-da kişi voleybolçuların yüksək liqasının ilk yarımfinal matçlarında “Murov”la MOİK, “Xarı bülbül”lə isə “Neftçi” üz-üzə gələcək.

Əsas mərhələdə baş tutmuş 4 dövrənin nəticələrinə görə, turnir cədvəlində 1-ci olan komanda 4-cü yerin sahibi ilə, 2-ci olan komanda isə 3-cü yeri tutan klubla qarşılaşır. Yarımfinal mərhələsi 2 qələbəyə, final mərhələsi isə 3 qələbəyə kimi oynanılacaq.

Yüksək liqa (qadınlar)
Yarımfinal (1-ci oyun)
16:00 “Abşeron” – “Murov”
18:00 “Azərreyl” – UNEC

Yüksək liqa (kişilər)
Yarımfinal (1-ci oyun)
16:00 “Murov” – MOİK
18:00 “Xarı bülbül” – “Neftçi”

Oyunlar Voleybol Mərkəzində keçiriləcək.

Həmin kateqoriyadan