“Əvəz çıxmaq istəyirdim“

Allsport.az xəbər verir ki, yunan-Roma güləşçisi Xasay Həsənli (77 kq) Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 dünya çempionatında gümüş medal qazanması barədə danışıb:

“Yarış mənim üçün uğurlu keçdi. Yaxşı hazırlaşmışdıq. Finala qədər inamlı qələbələr qazandım. Finalda da özümü yaxşı hiss edirdim.

U-23 Avropa çempionatının finalında da Aleksandrin Qutuyla qarşılaşmışdım. Əvəz çıxmaq istəyirdim. Bu dəfə Moldova idmançısına qarşı daha yaxşı güləşdim.

Üçüncü parter zamanı rəqibi sinəmə qaldırdım, ancaq ata bilmədim. Bu da fiziki gücümün zəif olmasından irəli gəlir”.

Həmin kateqoriyadan