“Yarışa tam hazıram”

Avqustun 15-dən sentyabrın 3-dək Belçika, İtaliya, Almaniya və Estoniya birgə Avropa çempionatına ev sahibi olacaqlar. Allsport.az saytı xəbər verir ki, millimizin blokçusu Mariya Kirilyuk yarışa hazırlıqla bağlı bunu deyib:

“Avropa çempionatına hazırlığımız yüksək səviyyədə davam edir. Komandamızın baş məşqçisinin müəyyən etdiyi taktikalar üzərində çalışırıq, tapşırıqlarını ciddi səylə yerinə yetiririk. Komandamızda yüksək əhval-ruhiyyə var.

Çox şükür mənim də səhhətimdə heç bir problem yoxdur. Məşqlərə başladığımız gündən öz formamı yığmağa çalışdım və deyə bilərəm ki, yarışa tam hazıram.

Bir neçə gündür ki, Bosniya və Hersoqovinadakı təlim-məşq toplanışını başa vurub Bakıya qayıtmışıq.

Qarşıda Belarusla yoxlama oyunlarımız olacaq. Yoxlama oyunları zamanı çatışmazlıqları daha aydın görəcək və onları aradan qaldırmağa çalışacağıq.

Avropa çempionatına çox az vaxt qalıb. İnanıram ki, çempionatda uğurlu çıxış edəcək və qarşımızda qoyulan məqsədlərə çatacağıq”.

Həmin kateqoriyadan