- Baxış sayı: 82
- 24 Sentyabr 2026 23:59
- Baxış sayı: 82
- Sentyabr 24, 2026
- 0

Bolqarıstanın Samokov şəhərində U-20 dünya çempionatında yunan-Roma güləşçimiz Ayxan Cavadov qalib olub. Allsport.az saytı xəbər verir ki, o, hava limanında sevincini KİV-lə bölüşüb:
“Milli komandanın məşqçilərinə, federasiya rəhbərliyinə, gənclər və idman nazirliyinə dəstəyə görə təşəkkür edirəm. Yarışlar bu il ürəyim istədiyi kimi keçdi. Avropa və dünya çempionu oldum. Dünya çempionatında görüşlər gərgin keçdi.
Yarımfinalda 4-cü dəfə qarşılaşdığım gürcü güləşçiyə tam üstünlüklə qalib gəldim. Finalda ilk hissədən sonra 3:5 hesabı ilə geridə idim. Lakin məşqçilərimizin verdiyi tapşırıqlar, həvəs sayəsində ikinci hissədə geridönüş edə bildim. Hələ ki, bu çəkidə güləşməyi fikirləşirəm”.