“Yaşar Doğu və Vəhbi Əmrə” turnirlərində

Sabah Antalyada güləş üzrə “Yaşar Doğu və Vəhbi Əmrə” turnirinə start veriləcək. Allsport.az saytı xəbər verir ki, martın 10-dək davam edəcək ənənəvi yarışda ölkəmizi 2 komanda təmsil edəcək.

Yunan-Roma güləşində məşqçilər Kamran Məmmədovla Zöhrab Abbasovun rəhbərliyi ilə Fərid Sadıxlı, Tural Mehtiyev (hər ikisi – 55 kq), Nihad Quluzadə, Elmir Əliyev, İlkin Qurbanov (60 kq), Ziya Babaşov (63 kq), Urfan Həsənli (72 kq), Tuncay Vəzirzadə (82 kq) və Laçın Vəliyev (87 kq) xalçaya çıxacaqlar.

Turnirin son iki günündə məşqçilər Taymuraz Kokoyevlə Əşrəf Əliyevin rəhbərliyi ilə “sərbəstlər”də Ceyhun Allahverdiyev (61 kq), Zirəddin Bayramov, Murad Haqverdiyev, Musa Ağayev (hamısı – 65 kq), Məhəmmədbəşir Xaniyev, Sabir Cəfərov (70 kq), Cəbrayıl Haciyev, Murad Yevloyev (74 kq), Əşrəf Aşırov, Ramiz Həsənov (79 kq), Şamil Zubairov, Abdulcəlil Şabanov (92 kq) və Hacımurad Məhəmmədsəidov (97 kq) yer alıblar.

Yarışda beynəlxalq dərəcəli hakimlərimizdən Əli Babayev və Elgün Məmmədov ədaləti qoruyacaqlar.

Həmin kateqoriyadan