Yekaterina Jidkova: 15-likdə yer almamağımın hər hansı bir səbəb yoxdur

Voleybolçumuz Yekaterina Jidkova onun millidən ayrılma xəbərinə münasibət bildirib. Allsport.az saytının məlumatına görə, o, yayılanların yalan olduğunu deyib:

“Son günlər mətbuatda mənim milli komandadan ayrılmağım və bir daha millinin formasında Azərbaycanı təmsil etməyəcəyim kimi yazılar yazılıb. Qısada olsa buna açıqlama vermək istərdim. 

Mən Azərbaycanı təmsil etməkdən qurur duyuram. Olimpiya təsnifat oyunlarının Bakıda keçirilən hazırlıq mərhələsində son günə kimi məşqlərdə iştirak edirdim. Bildiyiniz kimi, hazırlıqlara 30-a yaxın voleybolçu cəlb edilib. Buna baxmayaraq, ölkə xaricində keçirilən toplanışa 15 nəfər yollanıb.

Mənim də bu 15-likdə olmamağıma hər hansı bir səbəb yoxdur. Bu baş məşqçinin qərarıdır və mən bunu bir idmançı kimi normal qəbul edirəm. Əlbəttə, olimpiya təsnifat oyunlarında məndə ölkəmizi təmsil etmək istərdim. Komandamızı sonra Avropa çempionatı gözləyir. Ümid edirəm ki, qarşıdakı yarışlarda məndə əsas 14-lükdə yer alacam.

Həmin kateqoriyadan