- Baxış sayı: 79
- 17 Aprel 2024 22:43
- Baxış sayı: 36
- Aprel 18, 2024
- 0
3×3 basketbol millisi Serbiyanın paytaxtı Belqradda təlim-məşqi davam etdirir. Allsport.az saytı xəbər verir ki, 4-5 iyunda Kiprdə qitə çempionatının seçməsinə hazırlaşan yığmamızın heyətinə legionçular da qoşulublar.
Bunlar Türkiyənin “Qaziantəp” klubunun kapitanı Orxan Aydın və İspaniyanın “Mursiya” komandasının üzvü Cordan Deyvisdir. Əsas komandanın yeni baş məşqçi Aleksandar Trifunoviç də toplanışı izləmək üçün vətininə səfər edib.
Mütəxəssis burada millinin üzvləri ilə tanış olub. Serbiyalı xoca basketbolçularla əsas millinin qarşıdakı təlim-məşqi barəsində söhbət apararaq, onlara Avropa çempionatının seçmə mərhələsində uğurlar arzulayıb.