- Baxış sayı: 40
- 21 Mart 2025 21:30
- Baxış sayı: 48
- Mart 20, 2025
- 0
15-16 fevralda Slovakiyanın Samorin şəhərində Avropa cüdo birliyinin təşkilatçılığı ilə yeniyetmələr arasında Avropa kuboku keçiriləcək.
Allsport.az xəbər verir ki, turnirdə 32 ölkədən 707 idmançı iştirak edəcək. Azərbaycan yarışda oğlanlar arasında 8 çəki dərəsində 16 cüdoçu ilə təmsil olunacaq.
Cüdoçulara yeniyetmə oğlanlardan ibarət komandanın baş məşqçisi Emin İsgəndərov və məşqçi Nicat Şıxəlizadə rəhbərlik edəcək.
Yarışda Azərbaycan cüdo federasiyasının hakimlər heyətinin üzvü “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim Rəşad Əliyev ədalət təmsilçiləri arasında yer alacaq.
Yarışda iştirak edəcək heyət:
50 kq.
Anar Quliyev
İbrahim Talıbov
55 kq.
Məhəmmədəli Hüsiyev
Rəsul Əlizadə
60 kq.
Zeyd Ələsgərov
İlkin Qarayev
66 kq.
Əli Hümbətov
Özqan Quliyev
73 kq.
Məhəmməd Ağakişiyev
Səid Şərifov
81 kq.
Amin Mehdiyev
Abdullah Rəhmətov
90 kq.
Nurəddin Əliyev
Emin Şirinov
+90 kq.
Tunar Fərzəliyev
Sübhan Axundov