Yeniyetmə ağırlıqqaldıranlar İsrailə yollanır

7-14 dekabrda İsrailin Eylat şəhərində yeniyetmə ağırlıqqaldıranların  Avropa birinciliyi keçiriləcək. Allsport.az saytı xəbər verir ki, yarışda 37 ölkədən 498 idmançı (228 qız və 270 oğlan) iştirak edəcək. Onların arasında yığma üzvləri də var. Baş məşqçi Asif Məmmədov bu atletlərə fürsət verib:

Qızlar: Aişə Əliyeva (40 kq), Selcan Qarayeva (45 kq), Leyla Qurbanlı (71 kq) Rəhilə Hüseynova (76 kq) – hamısı U-15.

Oğlanlar: U-15 yaş qrupu: Kənan Rəhimov (49 kq), Qasım İsmayılov (55 kq), Elşən Məmmədov (61 kq), Nurlan Məmmədzadə (73 kq),
U-17 yaş qrupu: Əvəz Tağıyev (55 kq), Tehran Məmmədov (61 kq), Rüstəm Qasımov və Ömər Cavadov (hər ikisi – 67 kq), Samir Əskərzadə (73 kq), Həsənağa Sahibov və İsa Həsənli (81 kq), Tarmenxan Babayev (96 kq), Əli Şükürlü (102 kq), Rəhman Kazımov (+102 kq).

Ədalət təmsilçisi olaraq İsraildə ölkəmizi beynəlxalq dərəcəli hakim Səbinə Rzayeva təmsil edəcək.

Həmin kateqoriyadan