Yeniyetmə ağırlıqqaldıranların Azərbaycan birinciliyi

13-15 mayda Şüvəlan qəsəbəsində yerləşən ağır atletika akademiyasında yeniyetmə oğlan və qızlar arasında Azərbaycan birinciliyi keçiriləcək. Allsport.az saytı xəbər verir ki, yarışda ölkənin bütün şəhər və rayonlarından idman cəmiyyətləri, klubları, mərkəzləri, UGİM-lərini təmsil edən 150-yə yaxın gənc atlet iştirak edəcək.

Məqsəd ağırlıqqaldırmanın şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafı, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, respublikanın şəhər və rayonlarında, idman cəmiyyətlərində, klublarında və mərkəzlərində ağır atletika idman növünün inkişaf səviyyəsinin müəyyənləşdirilməsi, perspektivli yeniyetmə ağır atletlərin aşkar olunması, yeniyetmə oğlan və qızlardan ibarət yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, beynəlxalq yarışlara hazırlanmasıdır.

Həmin kateqoriyadan