Yeniyetmə ağırlıqqaldıranların ölkə birinciliyində qaliblər

Yeniyetmə ağırlıqqaldıranların ölkə birinciliyində qaliblər

Şüvəlan qəsəbəsində ağır atletika akademiyasında yeniyetmə oğlanların Azərbaycan birinciliyi sona çatıb. Allsport.az saytı xəbər verir ki, 15 yaşlılarda 163 kq (70+93) ilə Qasım İsmayılov (49 kq), 166 kq (72+94) ilə Elgün Mürşüdov (55 kq), 216 kq (95+121) ilə Elşən Məmmədov (61 kq), 230 kq (105+125) ilə Nurlan Məmmədzadə (67 kq), 200 kq (90+110) ilə Əbdülmətin İsmayılov (73 kq), 201 kq (88+113) ilə Zaur Hüseynov (81 kq) 216 kq (96+120) ilə Hacı Əlimanov (89 kq), 130 kq (60+70) Sadiq Aslanlı (96 kq), toplam 71 kq (30+41) nəticə ilə Şamil Səlimli (102 kq) qalib adını qazanıblar.

17 yaşlılarda 174 kq (76+98) Nihad Həsənli (55 kq), 214 kq (98+116) ilə Fuad Həsənov (61 kq ), 260 kq (115+145) ilə Rüstəm Qasımov (67 kq), 237 kq (105+132) ilə Nurlan Rəsulov (73 kq), 267 kq (115+142) ilə İsa Həsənli (81 kq), 323 kq (146+177) ilə Tarmenxan Babayev (89 kq), 215 kq (100+115) ilə Kənan Zamanov (96 kq), 296 kq (131+165) ilə Əli Şükürlü (102 kq), toplam 265 kq (120+145) nəticə ilə Rəhman Kazımov (+102 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Həmin kateqoriyadan