- Baxış sayı: 276
- 12 İyul 2026 00:00
- Baxış sayı: 47
- Avqust 10, 2026
- 0

8-15 martda ABŞ-ın Las-Veqas şəhərində yeniyetmə ağırlıqqaldıranların 8-ci dünya birinciliyi keçiriləcək. Allsport.az saytı xəbər verir ki, yarışda 50 ölkədən 200-dən çox azman mübarizə aparacaq.
Okeanın o tayında millini baş məşqçi Asif Məmmədovun rəhbərliyi ilə 5 nəzəf təmsil edəcək. Bunlar Ömər Cavadov (55 kq), Elşən Məmmədov (61 kq), Rüstəm Qasımov (67 kq), Əli Şükürlü (96 kq), Rəhman Kazımovdur (+102 kq).