Yeniyetmə güləşçilərimiz dünya çempionunun şərəf yarışında

6-7 iyunda Gürcüstanın Rustavi şəhərində dünya çempionu Temo Kazaraşvilinin şərəfinə beynəlxalq turnir keçiriləcək. Allsport.az saytı xəbər verir ki, bu yarışda yeniyetmə yunan-Roma güləşçilərdən ibarət millimiz iştirak edəcək.

Böyük məşqçi Bəhram Mürvətov və məşqçi Fuad Əliyevin rəhbərliyi ilə qonşu ölkəyə 10 bahadırımız yollanacaq. Bunlar Həsrət Cəfərov (42 kq), Zaur Əliyev, Nihat Məmmədli (hər ikisi – 46 kq), Əsgər Əlizadə (50 kq), Nurağa Yusifli (54 kq), Həsən Məmmədli (58 kq), Ruslan Hədisov (63 kq), Fikrət Vəliyev (76 kq), Elşən Eyyubzadə (85 kq) və Sərxan Məmmədovdur (100 kq).

Görüşlərin idarə edilməsində ölkəmizi 3-cü dərəcəli beynəlxalq hakim Elgün Məmmədov təmsil edəcək. Məlumat üçün bildirək ki, bu il yeniyetmə güləşçilərin Avropa çempionatı 24-30 iyulda Bosniya və Hersoqoviniyada, dünya çempionatı isə 4-10 sentyabrda Yunanıstanda baş tutacaq.

Həmin kateqoriyadan