Yeniyetmə güləşçilərimiz qitə birinciliyində

15-17 iyunda Macarıstanın Györ şəhərində yeniyetmələr arasında Avropa birinciliyi keçiriləcək. Allsport.az saytı xəbər verir ki, bu yarışda sərbəst və yunan-Roma güləşi üzrə komandalarımız iştirak edəcəklər.

İlk olaraq “sərbəstlər” xalça üzərinə çıxacaqlar. Məşqçi Namiq Quliyevin rəhbərliyi ilə Əbdül Abdullayev, İbrahim Musayev (hər ikisi – 38 kq), Cavid Cavadov (41 kq), Ramik Heybətov, Ceyhun Allahverdiyev (44 kq), Əkbər Vəliyev (48 kq), Riyad Aslanov (52 kq), Məmməd Əhmədov, Məhəmmədəli Quliyev (57 kq), Məmmədəli Əliyev (62 kq), Fuad Yunusov (68 kq) və Varis Mehdizadə (75 kq) ölkəmizi təmsil edəcək.

Məşqçi Əfsər Namazəliyevin rəhbərliyi ilə “klassiklər”də Rəşad Həsənli, Zamiq Kərimov (hər ikisi – 41 kq), Alim Balaşlı, Cavidan Məmmədli (44 kq), Teymur Əhmədli (48 kq), Elmir Əliyev (52 kq), Fərid Zeynalabdinov, Xanəhməd Zeynalov (62 kq), Əli Əlizadə (68 kq) və Emil Əmiraslanov (85 kq) yer alıblar.

Görüşlərin idarə edilməsində ölkəmizi milli dərəcəli hakimlər Həbub Nurlu və Əli Babayev təmsil edəcək. Onlar həmçinin, beynəlxalq dərəcəli hakimlik adı almaq üçün Dünya Güləş Birliyinin təşkil etdiyi kursa qatılacaq, nəzəri və praktiki imtahanda iştirak edəcəklər.

Həmin kateqoriyadan